İyul 19, 2023 17:03 Asia/Baku
  • Sionist ordusunda onlarla ehtiyatda olan zabitlər müxalifətə qoşuldu

Sionist rejimin hərbi hava qüvvələrinin ehtiyatda olan 161 zabiti Benyamin Netanyahu kabinetinin məhkəmə islahatı qanun layihəsinə etiraz olaraq orduya könüllü qatılmayacağını elan ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejimin hakim kabineti iyulun sonunda Knessetin (Sionist rejim parlamentinin) yay tətili başlamazdan öncə məhkəmə dəyişiklikləri ilə bağlı qanun layihəsini təsdiq etməyi planlaşdırır.

Sionist rejim kabinetinin bu cəhdləri və müxalifət koalisiyasının Knessetdəki müqaviməti rejimdə etirazları və siyasi parçalanmanı daha da gücləndirib.

Məlumata görə, sionist rejim Hərbi Hava Qüvvələrinin ehtiyatda olan zabitləri məktub yazaraq elan ediblər ki, hava qüvvələri komandanlığında əməliyyat qərargahının 161 nəfəri dərhal ordunun ehtiyat qüvvələri kimi könüllü fəaliyyətlərini dayandıracaqlar.

Xatırladaq ki, bundan ömcə İsrail ordusunda 500-ə yaxın pilot və ehtiyatda olan zabit və ordunun ehtiyatda olan 250 reydçisi Nazirlər Kabinetinin məhkəmə dəyişiklikləri ilə bağlı tədbirləri davam edərsə, xidmətdən imtina edəcəkləri barədə xəbərdarlıq etmişdilər.

 

Teqlər