Avq 06, 2023 19:01 Asia/Baku
  • Haaretz:

Sionist media işğalçı qüvvələrin problemlərinin Təl-Əviv təhlükəsizlik orqanlarının dediklərindən qat-qat ağır olduğunu etiraf edib.

Netanyahunun Nazirlər Kabinetinin yanvar ayında təklif etdiyi məhkəmə islahatları planı layihəsi İsrail rəsmiləri arasında kəskin fikir ayrılığı yaradıb ki, bu da sionist rejimdə ən böyük etiraz hərəkatlarından birinə çevrilməsinə səbəb olub.

Son iki həftədə isə, qalmaqala səbəb olan qanunun qəbulundan sonra Knessetdəki müxalifət koalisiyasının Netanyahunun kabinetinə qarşı küçə etirazları və hüquqi şikayətləri daha da artıb.

“Haaretz” qəzetinin hərbi məsələlər üzrə analitiki Amos Harrill deyib ki, ordunun səlahiyyəti hər şey demək deyil, ehtiyatda olan hərbi heyətin yaratdığı problemlər bu səlahiyyətlərin yoxlanılması problemindən kənarda qalmaqdadır.

Haril islahatlara qarşı etirazların yayılması səbəbindən İsrail ordusunun bütün sahələrdə və əksər cəbhələrdə effektivliyinin azaldığını, günlər keçdikcə böhranın daha da dərinləşdiyini vurğulayıb.

 

 

Teqlər