Əssudani müqavimət komandirlərinin terrorunun təqibi üzrə komitənin təşkili barədə göstəriş verib
İraq baş naziri müqavimət komandirlərinin terrorunun təqibinin araşdırılması üçün İran, İraq, Suriya və Livan nümayəndələrinə şamil olan dördtərəfli komitənin yaradılmasını istəyib.
İraq parlamentinin üzvlərindən olan Faleh Əl-Qəzali deyib: İraq baş naziri Məhəmməd Şia Əssudani/ general Süleymani və Əbu-Mehdi Əl-Mühəndisin terroru ilə bağlı işin təqibi üzrə komitənin təşkili barədə göstəriş verib.
Əl-Qəzali əlavə edib: Amerika/ general pasdar Qasım Süleymani və Əlhəşdüşşəbi qüvvələri qərargahı rəisinin müavini Əbu-Mehdi Əl-Mühəndisin terror edilmələrinin əsas amilidir.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin keçmiş komandanı general-leytenant pasdar Qasım Süleymani və Əlhəşdüşşəbi qüvvələri qərargahının rəis müavini Əbu-Mehdi Əl-Mühəndis/ onları müşayiət edən səkkiz nəfərlə yanaşı, 2020-ci il yanvarın üçü səhər saatlarında Bağdad hava limanının yaxınlığında Ağ Ev-in terror hərəkəti nəticəsində və Amerikanın ozamankı prezidenti Donald Trampın göstərişi ilə bu ölkə ordusunun pilotsuzlarıdan raketlərin atılması ilə şəhid edildilər.