Avq 25, 2023 17:31 Asia/Baku
  • Yüzdən çox ölkə sionist rejimin təşkili mərasimində iştirakı rədd edib

Sionist rejim mediaları xəbər veriblər ki, bu rejimin məsul şəxsləri xeyli sayda ölkənin xarici işlər nazirini sözügedən işğalçı rejimin təşkilinin 75-ci ildönümü mərasimində iştiraka dəvət ediblər.

Sionist rejimin məsul şəxsləri yüzdən çox ölkənin xarici işlər nazirini qeyd olunan mərasimə dəvət etsə də, indiyədək yalnız on nəfər həmin mərasimdə iştirak edəcəyini bildirib. Xatırladaq ki, bu şəxslər “birinci dərəcəli ölkələr”dən belə, deyillər.

Mayın on beşi, Fələstinin 1948-ci ildə sionist rejim tərəfindən işğal edilməsi faciəsi- nikbət və ya müsibət gününün ildönümüdür. Nikbət termini fələstinlilərin yaddaşlarında qalan iki xoşagəlməz xatirəni yada salır. Birincisi, İsrail rejiminin 1948-ci ildə yerləşdirilməsi, ikincisi isə, 800 mindən çox fələstinlinin öz vətənindən çıxarılmasıdır.

 

Teqlər