Livan UNIFIL mandatının yenilənməsi ilə bağlı qətnamə layihəsini rədd edir
Livanın xarici işlər naziri ölkəsinin UNIFIL adı ilə tanınan beynəlxalq sülhməramlı qüvvələrin mandatının yenilənməsi ilə bağlı Təhlükəsizlik Şurasında təklif olunan qətnamə layihəsini rədd etdiyini açıqlayıb.
"İran Press"in məlumatına görə, Bu Həbib BMT Təhlükəsizlik Şurasında UNIFIL qüvvələrinin mandatının yenilənməsi ilə bağlı irəli sürülən qətnamə layihəsini araşdırdıqdan sonra ölkəsinin qətnamə layihəsini rədd etdiyini açıq şəkildə bəyan edib, çünki layihə UNIFIL-in Livan ordusu ilə əməliyyatlarını koordinasiya etməsinin zəruriliyi və əhəmiyyətinə işarə etmir.
Bundan əvvəl Livanın "Əl-Əxbar" qəzeti bir hesabatda Vaşinqton və Təl-Əviv lobbisinin təzyiqi nəticəsində Livanın cənubunda yerləşən UNIFILqüvvələrinin müstəqilliyinin daha da pozulmasının qarşısını almaq üçün Livanın diplomatik komandasının bu qüvvələrin missiyasını tənzimləmək üçün Təhlükəsizlik Şurasında səyləri və çətinlikləri barədə məlumat yayıb.
UNIFIL qüvvələri beynəlxalq sülhməramlı qüvvələr kimi, 1978-ci ilin mart ayında Təhlükəsizlik Şurasının 425 saylı qətnaməsinə əsasən, Livana gəldi ki, sionist rejimin bu ölkənin ərazisindən çıxmasına nəzarət etsin.