Sen 03, 2023 19:15 Asia/Baku
  • İran və İraq “Ərbəin” zəvvarlarının sağlamlığı keşiyində

İran İslam Respublikasının səhiyyə naziri Bəhram Eynullahi və İraqın səhiyyə naziri Saleh Əl-Həsnavi telefon danışığında “Ərbəin” zəvvvarlarının sağlamlığının təmin edilməsində iki ölkənin əməkdaşlığını təkid edilib.

Məlumata görə, Bəhram Eynullahi aparılmış telefon danışığında İraq hökumətinə və bu ölkənin Səhiyyə Nazirliyinə, eləcə də İraqın səhiyyə və tibb işçilərinə “Ərbəin” zəvvarlarına xidmət etdiklərinə görə xüsusi təşəkkürünü bildirərək, göstərilən səhiyyə xidmətləri və böyük “Ərbəin yürüş mərasimində iştirak edənlərin asan şəkildə sağlamlıq xidmətlərinə gedə bilmələri üçün iş keyfiyyətinin yaxşılaşdırılmasını istəyib.

O daha sonra deyib ki, xoşbəxtlikdən, İranda Ərbəin zəvvarlarının sağlamlığının təmin edilməsi üçün lazımi tədbirlər görülüb və tibbi yardım qüvvələri tam hazırlıqla ölkəyə giriş və çıxış sərhəd keçid məntəqələrində yerləşdirilib.

İraqın səhiyyə naziri Saleh əl-Həsnavi də bu danışıqda İraq Səhiyyə Nazirliyi iranlı və qeyri-iranlı zəvvarların sağlamlığının təmin edilməsi üçün bütün tədbirlərin görüləcəyini bildirib.

 

Teqlər