Sen 06, 2023 19:07 Asia/Baku
  • Bu il Ərbəində 22 milyondan çox zəvvarın iştirak edib

Həzrət Abbasın (ə) hərəminin ictimaiyyətlə əlaqələr şöbəsi builki Ərbəin mərasimində iştirak edəcək zəvvarların sayının 22 milyon olduğunu açıqlayıb.

Həzrət Abbasın (ə) hərəminin ictimaiyyətlə əlaqələr şöbəsi builki "Ərbəin " mərasimində 22 milyon 19 min 146 nəfərin iştirak etdiyini açıqlayıb.

Bu hesabatda bildirilir ki, İmam Hüseynin (ə) "Ərbəin" mərasimi  zəvvarlarının sayılması keyfiyyətli və dəqiq kameralarla elektron sayma sistemi vasitəsilə həyata keçirilir.

Verilmiş xəbərə görə, bu kameralar Kərbəla şəhərinin girişlərində quraşdırılıb və onların əsas vəzifəsi Ərbəin Hüseyni (ə) mərasimində iştirak edənləri saymaqdır.

Bu hesabata görə, zəvvarların sayılması prosesi yeni texnologiya və elektron sistemlə bu sahədə ixtisaslaşmış sistemlə işləmək təcrübəsi olan texniki qrupun nəzarəti altında həyata keçirilir.

Bu gün (çərşənbə günü) hicri 1445-ci ilin səfər ayının 20-nə, İmam Hüseynin (ə) Ərbəin gününə təsadüf edir və bu məqsədlə İraqdan və digər ölkələrdən milyonlarla müxtəlif dini məzhəblərin, o cümlədən şiə, sünni, xristianlar da iştirak edirlər

 

Teqlər