Suriya nefti amerikalı qəsbkarlar tərəfindən oğurlanıb
Suriyada yerləşmiş amerikalı hərbçilər bu ölkədən oğurladıqları neftlə dolu onlarla tankeri İraqa qaçaq ediblər.
Amerikalı hərbçilər bu gün səhər yeni bir karvanı qanunsuz Əl-Mahmudiyyə keçidindən İraqa göndəriblər. Suriyanın şərqindəki neft yataqlarından oğurlanmış neftlə dolu qırx ədəd tanker bu karvanla yanaşı, İraqa qaçaq edilib.
Yerli mənbələrin dediklərinə görə, amerikalılar bir saat sonra da əlli beş tankerdən ibarət digər bir karvanı bir neçə mərhələdə Əl-Mahmudiyyə keçidindən İraqa göndəriblər. Bu karvan da Suriyadan oğurlanmış nefti İraqa qaçaq edirmiş.
Amerikanın Suriyadakı hərbi qolu sayılan İŞİD terror qrupunun məğlubiyyətilə amerikalı qüvvələr birbaşa şəkildə bu terror qrupunun yerini tutdular. Onlar elə həmin zamandan etibarən, İŞİD-in yerinə, Suriya neftini çıxarmağa və qarət etməyə başlayıblar.