Sionist lobbi Peyğəmbər(s.ə.s)-i və Quranı özü üçün təhdid sayır
Yəmən Ənsarullah hərəkatının katibi Əbdülmalik Bədrəddin Əl-Husi deyib ki: Bir sıra Qərb ölkəsində islami müqəddəslərə hörmətsizlik üzrə hərəkət və fəaliyyətləri təşkil edən sionist lobbi Peyğəmbər(s.ə.s)-i və Quranı özü üçün təhdid hesab edir.
Əbdülmalik Əl-Husi Yəmənin müxtəlif şəhərlərində Böyük İslam Peyğəmbəri(s.ə.s)-in mövludunun qeyd edilməsi fəaliyyətlərinin açılışı münasibətilə dünən gecə etdiyi çıxışında əlavə edib: Yəhudi-sionist lobbisi və onların dünyadakı davamçıları hər bir vasitə və metodla İslam Ümmətini Allahın Peyğəmbəri(s.ə.s.), Quran və müqəddəslərdən ayırmağa və insanları məyus etməyə can atırlar.
Əl-Husi sonra söyləyib ki: İmperialist qüvvələr bu mərhələdə/ nəzarətə götürmək məqsədilə insanları əxlaqi cəhətdən pozmağa və azdırmağa çalışırlar. Onlar bu işi/ müsəlmanları müqəddəslərdən ayırmaqla görürlər.
Amerikanın hökmranlığının çökməsi və beynəlxalq olaylar qarşısında xalqların istiqamətlənmələri/ ilahi dəyər və prinsiplərə, həmçinin İslam-a/ qayıdış/ və özünü formalaşdırmaq səmtinə yönəlməlidir.