İraqın şimalında toy məclisində baş verən yanğında ən azı 100 nəfər ölüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i403944-İraqın_şimalında_toy_məclisində_baş_verən_yanğında_ən_azı_100_nəfər_ölüb
İraqın dövlət mediasının məlumatına görə, bu ölkənin şimalında toyda baş verən yanğın nəticəsində azı 100 nəfər ölüb, 150 nəfər yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 27, 2023 12:23 Asia/Baku
  • İraqın şimalında toy məclisində baş verən yanğında ən azı 100 nəfər ölüb

İraqın dövlət mediasının məlumatına görə, bu ölkənin şimalında toyda baş verən yanğın nəticəsində azı 100 nəfər ölüb, 150 nəfər yaralanıb.

Bylə gəlinin qurbanlar arasında olduğu bildirilir. 

Yanğının nədən baş verdiyi hələ məlum deyil, lakin ilkin məlumatlarda bunun atəşfəşanlıqdan sonra baş verdiyi bildirilir.

"Ayna" dövlət mediası bildirib ki, yanğın İraqın şimalındakı Neynəva əyalətindəki Əl-Həmdaniyyə məhəlləsində baş verib. 

"Nina" xəbər agentliyi tərəfindən yerləşdirilən bir fotoşəkil yanğınla mübarizə aparan onlarla yanğınsöndürəni, sosial mediada yerli jurnalistlərin fotoşəkilləri isə tədbir zalının içərisində yanmış qalıqları göstərir.

İlkin məlumatlara görə, binada tez alışan tikinti materiallarından istifadə edilib və bu da, yanğının sürətlə yayılmasına və tavanın bir hissəsinin çökməsinə səbəb olub.