Suriyada terror aktında 66 nəfər ölüb, 190 nəfər yaralanıb
Okt 05, 2023 21:23 Asia/Baku
Suriya mətbuatı Hums əyalətində zabitlər kollecinin buraxılış mərasiminə pilotsuz təyyarə ilə edilən terror hücumunda 66 nəfərin öldüyünü və 190 nəfərin yaralandığını bildirib.
Suriyanın "Əl-Əxbariyyə" şəbəkəsi bu gün günortadan sonra terrorçuların Suriyanın şimal-qərbinə kamikadze dronlarla keçirilən mərasimə zərbələr endirib. Bu hücumun nəticəsində bir çox əsgər və mülki vətəndaşın həlak olduğu bildirib.Bu terror hadisəsindən sonra Suriya Müdafiə Nazirliyi bu hücuma görə İdlibdəki terrorçu ünsürlərin məsuliyyət daşıdığını vurğulayaraq deyib ki, bu terror aktı çoxlu sayda hərbçi və mülki şəxsin şəhid olmasına, onlarla insan yaralanmasına səbəb olub.