Okt 23, 2023 18:52 Asia/Baku
  • Filosof Aleksandr Duqinin Qəzzənin gələcəyi barədə dedikləri

Rus mütəfəkkiri Aleksandr Duqin öz təhlilində Qərbin artıq özünün belə ifadə edə bilmədiyi bir məqsəd uğrunda hər kəslə vuruşmağa məcbur olacaq.

  SəhərAzəri İran və Avrasiya Araşdırmaları İnstitutuna istinadən xəbər verir ki,  Aleksandr Duqin Qəzza müharibəsinin gələcəyini təhlil edərkən belə deyirdi ki, “ Gəlin Yaxın Şərqdə gərginliyin daha da artmasının mümkün variantları haqda bir az fikirləşək “

  Fələstin abolisionizmi İordan çayının qərb sahilində və Şərqi Qüdsdə başlayacaq. Mahmud Abbas bu vəziyyətə nəzarət edə bilməyəcək və İsrailin Qəzza zolağında genişmiqyaslı qətliamlarını görən fələstinlilər geniş üsyana başlayacaqlar.

  Bununla belə, İsrail ordusu Qəzza zolağında dinc sakinləri qətlə yetirməkdə davam edəcək. Bütün dünyada yekdilliklə İsrailin lehinə olan qərbyönlü Amerika liberalçılara qarşı etirazlar getdikcə artacaq. Hizbullah müahribəyə girəcək və bu vaxt İordaniya ərəbləri sel kimi sərhədlərə hücum gətirəcəklər. Birləşmiş Ştatlar getdikcə müharibəyə qarışan İrana qarşı qabaqlayıcı tədbirlər görməyə başlayacaq. İran isə bu vaxt İsrailə hücum edəcək. Suriya Qolan yüksəkliklərinə hücum edərək müharibəyə girəcək. Elə bu vaxt bütün İslam dünyasında sürətli səfərbərlik baş verəcəkdir.

  Amerikapərəst İslam ölkələri – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və s. Fələstinlilərlə yanaşı qarşıdurmaya qoşulmaq məcburiyyətində qalacaqlar. Bu arada Pakistan, Türkiyə və İndoneziya da onlara qoşulacaq. Artıq Taliban qüvvələrinin Yaxın Şərqə göndərilməsi hekayəsi saxta xəbərlərdən reallığa çevriləcək. Elə bu vaxt dünyanın hər yerində “Qara Xorasan” bayraqları qaldırılmış olacaq.

  Sələfilərlə Əhli-sünnə, o cümlədən şiələr arasında problemlər daha arxa plana keçəcək. Bu isə, artıq cvrşı böyük cihadı başlaması deməkdir.

  Şərqi Qüdsdə qiyam zamanı fələstinlilər İsrail ordusundan qorunmaq üçün “Əl-Əqsa” məscidini mühasirəyə alacaqlar. Qəzza zolağında qiyamın əvvəlində “əl-Əqsa” məscidinin adı “Tufanul-Əqsa” idi. İsrail Fələstin silahlı birləşmələri ilə mübarizə zamanı və özünümüdafiə məqsədilə məscidə raket zərbələri endirəcək. Məscid dağılacaq.

  Üçüncü məbədin tikintisinə gedən yol təmizlənəcək. Amma... 50 milyonu (rəsmi olaraq) Avropada olan bir milyard nəfərlik müsəlmanlar indi Qərbin özündə getdikcə artır. Avropada vətəndaş müharibəsi başlayacaq. Bəzi avropalılar LGBT elitasının, Soros və Atlantikin tərəfini tutacaq, bəziləri isə müsəlmanlarla (Alen Soral kimi) tərəf duracaq və anti-liberal inqilaba qoşulacaqlar.

  Rusiya nəyin bahasına olursa-olsun Qərbdən yapışmağa çalışan və Moskvanı hər cür təhrik edən Ukraynaya qarşı taktiki nüvə zərbəsi endirəcək.

  Üçüncü Dünya Müharibəsi taktiki nüvə silahlarının istifadəsi ilə başlayacaq. Rusiya nəhayət öz qərarını verəcək və müsəlmanların yanında olacaq. Artıq Amerika müxalifətçiləri son saatın yetişdiyini başa düşəcəklər. Rusiya dolayı yolla da olsa, İsrailə hücum edəcək. Rus baxışında Qərb birbaşa Dəccalın hakimiyyəti altındadır. Bir çox dünya liderləri öləcək, daha radikal inanclara malik yeni liderlər meydana çıxacaq.

  Çin Tayvanı özünə birləşdirəcək, bununla da ABŞ və NATO-nun diqqətini yeni hədəfə yönəldirmiş olacaq. Hindistan ABŞ-ın ümid etdiyi birbaşa dəstəyi rədd edəcək. Tarixin son qürub çağı yaxınlaşacaq.

  Feministlər, gey fəallar və ekoloqlar bütün bunlara son qoymağa çağıracaqlar, amma heç kim onları dinləməyəcək ​.Qərb artıq ifadə edə bilmədiyi bir məqsəd naminə hamı ilə mübarizə aparmağa məcbur olacaq

   “İnsan haqları”, “vətəndaş cəmiyyəti” və digər cadu sehrləri demək olar ki, gömüləcək. İlon Mask, baş verənlərdən düşündüyü hər şeydən əl çəkməli olacaq.

Hər tərəfdən zərbələr alan İsrail üçüncü məbədi tikməyə başlayacaq. Bu halı yalnız İsa Məsih xilas edə bilər...

Elə burada filosofun sözü qəfil sona çatır....

 

Teqlər