Noy 06, 2023 20:33 Asia/Baku
  • Qəzzədə şəhid olanların sayı 10 mini ötüb

Qəzzədə ağır bombardmanlar hələ də davam edir. Qəzzə zolağının Səhiyyə Nazirliyinin sözçüsü bildirib ki, sionist rejimin son saatlarda Qəzzədə törətdiyi qırğınlar nəticəsində 200-dən çox fələstinli həlak olub, şəhidlərin sayı 10 022 nəfərə çatıb,

Qəzzə zolağının Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qüdrə bazar ertəsi axşam mətbuat konfransı zamanı deyib: "Sionist rejim son saatlar ərzində 24 qırğın törədib ki onun qurbanlarının sayı 292-yə çatıb. 

O, işğalçı rejimin məcburi köçkünlər və tibb personalı üçün təhlükəsiz dəhlizlərin mövcudluğu barədə yalan danışdığını bildirərək, qeyd edib ki, işğalçı İsrailin bəhs etdiyi təhlükəsiz dəhlizlər ölüm dəhlizlərindən başqa bir şey deyil.  

O, təcavüzün ikinci aya qədəm qoyduğu bir vaxtda səhiyyə sisteminin tamamilə acizləşdiyini vurğulayaraq, bütün tərəfləri yardımların xəstəxanalara keçməsini təmin etmək və yaralıları Qəzza zolağından çıxarmaq üçün təhlükəsiz humanitar dəhliz təmin etmək üçün çalışmağa çağırıb.

ABŞ və Qərb sionist rejimin cinayətlərini dəstəkləyərək, Qəzzə xalqına qarşı qeyri-bərabər müharibəni davam etdirməyə çalışırlar; Baxmayaraq ki, bəzi Qərb rəsmiləri və qurumları humanitar jestlər tutaraq, Qəzzədə atəşkəs üçün çalışdıqlarını iddia edirlər.

Teqlər