Noy 11, 2023 20:22 Asia/Baku
  • Seyid Həsən Nəsrullah:

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Şəhidlər Günü münasibətilə etdiyi televiziya çıxışda deyib: "Əgər Livan və Fələstində və bölgədə müqavimət hərəkatları varsa, bu, İran rəhbərliyinin bərəkəti sayəsindədir.

Livan Hizbullahının baş katibi bu gün Livanda şəhidlər günü münasibətilə televiziya ilə çıxış edib. 

O, telemüraciətində deyib: "Əgər Livan və Fələstində  və bölgədə müqavimət hərəkatları varsa, bu, İran rəhbərliyinin bərəkəti sayəsindədir, İran bütün təhdidlərə rəğmən, bölgə xalqlarının müqavimət göstərə bilməsi üçün müqavimətə heç bir dəstəkdən əsirgəməyib". 

O, İranın müqavimət hərəkatları adından qərar vermədiyini, ancaq “onların hamisi və dəstəkçisi” olaraq, qalacağını vurğulayıb.

Seyid Həsənə Nəsrullah şəhidlər günü ilə bağlı deyib: " Şəhidlikm zəfər gətirir və mərhum İmam Xomeyninin (r.ə) Kərbəla hadisəsi ilə bağlı buyurduğu kimi qan qılıncı məğlub edir". 

Livan Hizbullahının baş katibi deyib: "Qəzzədə baş verən təcavüz və müharibə cinayətləri İsrailin vəhşicəsinə və sərhədsiz qisasıdır. İşğalçı rejimin cinayətlərinin ən əsas hədəfi bölgə xalqlarını bölgə xalqlarını təslim olmaq mədəniyyətini qəbul etməyə məcbur etmək və müqavimətin bədəlinin çox yüksək olduğunu söyləməkdir".

Seyid Həsən Nəsrullah əlavə edib: "Sionist rejim dünyanın gözü qarşısında Qəzzə zolağındakı xəstəxanalara açıq şəkildə hücum edir. İsrailin Qəzzə zolağında vəhşiliyi nəinki azalmayıb, əksinə hər gün daha da şiddətlənib".

"Düşmən bu qətllərlə Fələstin millətini və bölgə xalqlarını diz çökdürə bilməyəcək. Bu cinayətlər 75 ildir davam edir və onun nəticəsi daha çox müqavimət və qətiyyət olub. İşğalçılar Qəzzədə törətdikləri cinayətlərlə və qəsdən və amansız qətllərlə Livana xitab edirlər. İşğalçılar öz hesablamalarında səhv edirlər. Onların bütün məqsədləri iflasa uğrayacaq və Deyr Yassin də daxil olmaqla tarix boyu baş verən qırğınlar bunu sübut edir. Müqavimət mədəniyyəti qırğınlara baxmayaraq, nəsildən-nəslə yayılıb və sonda 7 oktyabrda Əl-Qəssam batalyonlarının böyük əməliyyatına gətirib, çıxardı", - deyə o,əlavə edib.

Müqavimət Seyyidi daha sonra deyib: "Düşmən özünə ağır zərbələr vurur. O, cümlədən onun qəddar mahiyyəti üzə çıxır. İşğalçılar normallaşma planına ağır zərbə vurdular və xalqların münasibətlərin normallaşmasına qarşı mövqeyi güclənəcək. Dünyada, xüsusən də Qərb ölkələrində ictimai rəyin dəyişdiyinin şahidi oluruq və Amerika və Avropada baş verənlər daha önəmlidir. Hazırda İsrailin düşməninin ABŞ və ona tabe olan İngiltərədən başqa heç bir himayədarı yoxdur. 

O qeyd edib ki, bu təcavüzü dayandıra biləcək şəxs əslində onu idarə edəndir, o da Amerika hökumətidir.

Seyid Həsən Nəsrullah əlavə edib: "Fələstinlilər Ər-Riyaddakı bugünkü görüşdən yardımların və yaralıların köçürülməsi üçün Rəfəh keçidinin yenidən açılmasını ümid edirlər. Çətin və ağrılı humanitar və psixoloji şəraitə baxmayaraq, döyüşçülər işğalçı ordunun komandos briqadaları qarşısında dayanırlar ki, bu da, İsrailin acizliyini göstərir.

Nəsrullah əlavə edib ki, işğalçılar hələ də özlərinin "qələbə"si və ya müqavimətin "məğlubiyyəti"ni təsvir edə bilməyiblər.  İordan çayının qərb sahilində müqavimətin genişlənməsi işğalçıları Qəzzə və Livanla sərhədlərdən bəzi qoşunlarını geri çəkməyə məcbur edə bilər. Yəmən qüvvələrinin İsrail hədəflərinə raket və pilotsuz təyyarə hücumları mühüm nəticələr verir. Yəmən silahlı qüvvələrinin Fələstinə dəstəyinin əhəmiyyəti odur ki, həm ordu, həm də müqavimət bu hücumlarda iştirak edir. Düşmən Fələstinin cənubundan və şimalından bəzi hava hücumundan müdafiə vasitələri, dəmir qünbəzi və Patriot raketlərini Eylat şəhərinə köçürmək məcburiyyətində qaldı. Yəmən qüvvələrinin hücumları, qəsəbə sakinlərini didərgin saldığı üçün işğalçılara təzyiqləri gücləndirdi. Biz bu hücumları alqışlayırıq.

Teqlər