Dek 16, 2023 12:42 Asia/Baku
  • Sionist İsrail niyə HƏMAS-ı məhv edə bilmir? - TƏHLİL

Qəzzə müharibəsindən 71 gün keçsə də, sionist rejim hərbi məqsədlərinə, o cümlədən HƏMAS-ın məhv edilməsinə nail ola bilməyib.

İsrail rejimi Qəzzədə HƏMAS-ı məhv etmək üçün genişmiqyaslı hərbi əməliyyatının məqsədini reallaşdırmaqda çətinlik çəkir. Bu istiqamətdə rejim nəinki HƏMAS-ı aradan qaldıra bilməyib, hətta müharibənin davam etməsinə görə sionistlərə qarşı tənqidlər də artıb. Məsələn bir çox Qərb və Avropa şəxsiyyətləri ötən günlərdə HƏMAS-ın bir ideologiya olduğunu və onu məhv etməyin mümkün olmadığını bəyan etmişlər.

Avropa İttifaqının xarici siyasət rəsmisi Cosep Borrell bu yaxınlarda Barselonada keçirdiyi görüşdə HƏMAS-ın bir ideologiya olduğunu və onu məhv etməyin mümkün olmadığını söylədi. Bir müddət əvvəl ABŞ Xarici Əlaqələr Şurasının rəhbəri Riçard Haas bildirmişdi ki, HƏMAS ideologiya olduğu üçün məhv edilə bilməz. Bu geniş yayılmış tənqidlərdən sonra İsrailin Hərb Naziri Yoav Qalant HƏMAS-la müharibənin çətinliyinə işarə edərək, müharibənin bir neçə ay davam edəcəyini bildirib.

Sionistlərin çarəsizliyini bu elandan da başa düşmək olur. Belə ki, İsrail ordusu HƏMAS hərəkatının siyasi lideri Yəhya Sinvarın başına 400 min dollar pul mükafatı qoyub.

Cinayətkar rejim hesab edir ki, bu kimi hərəkətlərlə nəyəsə nail ola biləcəkıər, lakin həqiqəti dərk etməkdən acizdirdər. Məsələ burasındadır ki, Həmas yüksək xalq dəstəyinə malikdir. Digər tərəfdən HƏMAS-ın böyük təşkilatı var və Qəzzə zolağında son iki ayda bu hərəkat İslami Cihad və digər qrupların köməyi ilə israillilərə qarşı şiddətli döyüş aparmağa müvəffəq olub və səhnəni idarə edib.

Yeri gəlmişkən qeyd edək ki, 2006-cı il parlament seçkilərində bu hərəkat 132 mandatdan 74-nü, yəni səslərin təxminən 60%-ni qazanaraq Qəzzə zolağında hökuməti qurmaq hüququ qazanıb. Bu dəstək və səsvermə HƏMAS hərəkatının fələstinlilər arasında populyarlığını və geniş sosial bazasını göstərir. Bu səbəbdən HƏMAS asanlıqla məhv edilə bilməz.

Maraqlıdır ki, xunta rejimi Qəzzə sakinlərinin öldürülməsi və məhv edilməsini davam etdirməklə əhalinin HƏMAS hərəkatını dəstəkləməkdən üz döndərəcəyinə ümid edirdi, lakin bu baş vermədi, əksinə dəstəyin daha da artdığını gördülər.

Fələstin cəmiyyətinin və Qəzzə zolağının bir parçası olaraq HƏMAS Fələstinin azadlığı üçün yüzlərlə, minlərlə şəhid verib və nəticədə ilk növbədə özünü fələstinlilər üçün qoruyub. Bu səbəbdən HƏMAS-ı məhv mümkün deyil. Belə bir məqamda sionist rejim müharibəni uzatmaqla yalnız fələstinlilərə qarşı cinayətini genişləndirmiş olur və onun bu müharibədən qalib çıxacağına heç kəs inanmır.