Qəzzənin cənubunda şiddətli döyüşlər gedir
Yerli mənbələr Qəzzə zolağının cənubundakı Xan Yunis şəhərində fələstinli döyüşçülərlə sionist rejim terrorçuları arasında şiddətli döyüşlərin getdiyindən xəbər verir.
Xəbərə görə, təcavüzkar İsrail ordusu Qəzzədə gedən döyüşlərdə daha 4 əsgərinin öldüyünü açıqlayıb.
Qeyd edək ki, “Əqsa tufanı” əməliyyatından bu yana sionist rejim ordusunun itkilərinin sayı 458-ə yüksəlib, onlardan 126 nəfəri quru əməliyyatlarında həlak olduğu bidirilir.
Bununla belə, bu cinayətkar xunta rejimin itkilərinin hər gün az sayda adları açıqlansa da onların sayının dəfələrlə rəsmi elan olunan rəqəmlərdən çox olduğu bildirilir. Buna səbəb isə, Qəzzədə sionist əsgərlərin çox sayda itkisinin işğal olunmuş ərazilərdə daxili çaxnaşmanın getdikcə dərinləşməsinə və böhran həddini keçəcəyi qorxusu yarada biləcəyi göstərilir.
Sionist “Haaretz” qəzeti İsrail ordusunun yaralıların xəstəxanalara köçürülməsi haqda xəbərlərdə bidirib ki, sionist ordusunun rəsmi elanda bildirdiyi yaralıların sayı ilə hazırda döyüş meydanında vəxəsətəxanalarda olan yaralıların sayı arasında böyük fərq var.
Bundan əlavə, təcavüzkar rejim bu gün həmçinin Qəzzənin cənubunda xüsusi təyinatlılarından birinin yaralandığını elan edib.
Hələ bundan öncə, sionist mənbələr Qəzzə zolağında gedən döyüşlərdə yaralanan bir neçə əsgərin getdikcə halının pisləşməsi və bakteriyaya yoluxması səbəbindən öldüyünü açıqlamışdı.
Xatırladaq ki, xunta rejim müharibə başlayanadan bəri, öz vəhşiliklərini gizlətmək və daxildə baş verən bir çox böhranları ört-basdır etmək üçün yalan xəbərlərə və özünü müdafiə bəhanələrinə əl atmış və ictimaiyyəti törədilən bu soyqırımlardan yayındırmaq məqsədi güdmüşlər.