Qəzzədə müharibə uzana bilər
Dek 28, 2023 12:33 Asia/Baku
Xunta rejiminin gözləntiləri alt-üst olub
İsrail ordusu Qəzzə zolağında müharibənin uzun aylar davam edəcəyini bildirib.
İsrail rejiminin qərargah rəisi Herzi Halevi bu barədə bildirib ki, HƏMAS-ı məhv etməyin asan yolu yoxdur.
Halevi qeyd edib ki, İsrail hakimiyyəti hərbi əməliyyatların əvvəlindən müharibənin uzun sürəcəyi barədə xəbərdarlıq etmişdi.
Cəsur fələstinli mübarizlərin dirənişi və düşməni hər yerdə pusquya salması qarşı tərəfdə tələfatın artmasına səbəb olub. Bildirilir ki, son günlər hətta İsrail ordusunun Qolani adlanan elit diviziyası Xan Yunis şəhərindən ağır tələfatla geri çəkilməyə məcbur olub.