HƏMAS işğal olunmuş ərazilərin cənub və mərkəzi bölgələrinə 20 raket atıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i407082-hƏmas_işğal_olunmuş_ərazilərin_cənub_və_mərkəzi_bölgələrinə_20_raket_atıb
Sionist rejim mediası İsrailin yeni ilə qədəm qoyduğu bir vaxtda HƏMAS-ın işğal olunmuş ərazilərə 20 raket atdığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 01, 2024 09:34 Asia/Baku
  • HƏMAS işğal olunmuş ərazilərin cənub və mərkəzi bölgələrinə 20 raket atıb

Sionist rejim mediası İsrailin yeni ilə qədəm qoyduğu bir vaxtda HƏMAS-ın işğal olunmuş ərazilərə 20 raket atdığını bildirib.

"The Times of Israel" qəzeti İsrailin 2024-cü ilə daxil olduğu bir vaxtda HƏMAS-ın işğal olunmuş Fələstin ərazilərinin cənub və mərkəzi bölgələrinə 20 raket atdığını bildirib.

Sionistlər iddia edirlər ki, Dəmir Qübbə sistemi bu raketlərin əksəriyyətini ələ keçirib.

Məlumata əsasən, işğal olunmuş ərazilərdəki Aşdod, Sderot və digər cənub şəhərlərində təhlükə siqnalı çalınıb və bu rejimin ordusu 15 qəsəbənin sakinlərindən sığınacağa getmələrini istəyib.

Sionist rejim ordu bu hücumlarda heç kəsin xəsarət almadığını iddia edib.