Yoxdu bu vəhşiliklərə "bəsdi!" deyən?!
Qəzzə qurbanlarının sayı 21978 nəfərə çatdı;
Fələstin Səhiyyə Nazirliyinin Qəzzə zolağındakı sözçüsü, müharibənin başlayandan bu yana Qəzzədə şəhidlərin sayının 21 min 978-ə yüksəldiyini açıqlayıb.
Əşrəf Əl-Qüdrət müharibə yaralananların sayının 57 697 nəfərə çatdığını vurğulayıb.O, indiyə qədər sionsit rejimin amansız hücumları nəticəsində 326 tibb işçisinin şəhid olduğunu və 104 təcili yardım maşınının hədəfə alınaraq sıradan çıxarıldığını bildirib.O deyib ki, işğalçı İsrail rejimi 150 sağlamlıq və müalicə mərkəzini hədəfə alıb və 30 xəstəxananı tamamilə xarabazara çevirib.Əşrəf Qüdrət 50 min hamilə qadının qaçqınlar sığınacağında olduğunu və onların əsas ehtiyaclarının ödənilməsində ağır şəraitlə üzləşdiklərini deyib.Səhiyyə mərkəzinin sözcüsü həmçinin 99 tibb işçisinin hələ də sionist rejimin əsirliyində qaldığını bildirib.