Başını itirmiş İsrail ordusu öz qüvvələrini vurur
İsrailin 18 əsgəri səhvən öz yoldaşları tərəfindən öldürülüb
Sionist rejimin ən azı 29 əsgəri Qəzzədə qarşıdurma yerindən kənarda öldürülüb, onlardan 18 nəfəri öz yoldaşlarının səhvən açdığı atəş nəticəsində həyatını itirib.
Əl-Məyadin lanalının məlumatına görə, sionist rejimin 18 əsgərinin öz yoldaşlarının hücumları nəticəsində səhvən öldürülməsi elə bir haldadır ki, sionist rejimin "Kan" kanalı ötən həftə bu rejimin bri hrəbçisinin Qəzzə zolağından qayıtdıqdan sonra yoldaşlarına atəş açdığını və bu hücumda çox sayda əsgərin yaralandığını bildirib.
Eyni zamanda, İsrail Əlil Əsgərlər Təşkilatının rəhbəri İdan Kəliman bildirib ki, Qəzzədə müharibədən sonrakı stress pozğunluğundan əziyyət çəkən insanlar da daxil olmaqla, yaralıların sayı böyük ehtimalla 20 minə çatacaq.
İsrailin "Kanal 13" televiziya kanalı da bildirib ki, ordu daxili qüvvələrin səhvən açdığı atəşi nəticəsində Qəzzə müharibəsində bu rejimin hərbi ünsürləri arasında itkilərin artdığını etiraf edib.
Dünən İsrail ordusu da Qəzzənin şimalında iki əsgərinin öldürüldüyünü etiraf edib.
İsrail mətbuatının verdiyi məlumata görə və bu rejim ordusunun açıqladığı statistikaya görə, Qəzzədə müharibə qurbanlarının sayı 500-dən çox ölüb. Bir çox mülahizələrlə və damcı şəklində dərc olunan statistika.