Şəhid edilən HƏMAS-ın yüksək rütbəli rəsmisi Əl-Aruri kimdir?
Qəssam briqadalarının ən tanınmış simalarından olan Şəhid əl-Aruri 1992-2011-ci illərdə bir neçə illik məhbus həyatından sonra "Şalit" adlı əsirlərin mübadiləsi sazişində sionist rejimin həbsxanalarından Yəhya Sinvar kimi bir çox Fələstin liderləri ilə birgə azad edilmişdir.
2018-ci ildə Yediot Aharonot qəzeti əl-Aruri haqqında belə yazırdı:“Əl-Aruri HƏMAS-ın silahlı əməliyyatlarını aparan ikinci komandirinə çevrildi.Onun bu vəzifəyə seçilməsi Yəhya Sinvarın Qəzzada HƏMAS-ın nümayəndə seçilməsindən sonra HƏMAS-ın rəhbərlik strukturunda çox önəmli dəyişikliklərdən sayılır."Qeyd edək ki, Əl-Aruri İordaniya vadisində doğulub və elə orda boya-başa çatıb. Bu ali dərəcəli şəhid həyatının 18 ilini İsrail rejimi həbsxanalarında keçirib.O, ivrit dilini çox yaxşı bilirdi. HƏMAS-ın rəhbərliyində yüksək rütbələrə qədər irəliləyərək HƏMAS-ın Suriya, Türkiyə Qətərdəki ofisinə rəhbərlik edirdi. O şəhadətindən öncə Livanda da bu məsuliyyəti daşıyırdı.Bu Qüds Şəhidi HƏMAS-ın Livandan hücumlarını planlaşdırırı və uğurlu əməliyyatlara imza atırdı. Əlbətdə onun bu vəzifəyə seçilməsi İsrail rejimini ciddi narahat edirdi.