Livan Hizbullahının baş katibi Qəzzə əhalisinin müqavimətini alqışladı
“Qəzzə 130 gün ərzində misli görünməmiş bir dastan yazdı”
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Qazilər Günü münasibəti ilə çıxışında Qəzzə zolağı da daxil olmaqla, bölgədəki hadisələrə münasibət bildirib.
Livan Hizbullah Hərəkatının baş katibi deyib: “Əgər düşmən bizə qarşı təhdidlərini həyata keçirsə, 200 min köçkün əvəzinə 2 milyon sionist didərgin düşəcək.”
Hizbullah lideri əlavə edib: “Müqavimət cəbhəsinin bugünkü gücü İslam İnqilabının bərəkətindəndir”.
Qəzzədə müqaviməti dəstəkləməyi vətənpərvərlik məsuliyyəti adlandıran Nəsrullah sonra vurğulayıb: “Qəzzənin son 130 gündə müqaviməti əfsanəvi sabitlik və qəhrəmanlıq nümayiş etdirdi və bu, möcüzə səviyyəsindədir və tarixdə görünməmiş dözümdür. Çünki sionist rejim Əl-Əqsa Tufanı əməliyyatının başlamasından 130 gün keçdiyi bir vaxtda öz məqsədlərinə nail ola bilmədi. Qəzzədə müqavimət hərəkatının başladığı ilk gündən müqavimət cəbhəsinin ölkələri və dünyanın bir çox xalqları buna dəstək verdi”.
Livan Hizbullahının baş katibi güclü sionist rejimin region üçün təhlükə olduğuna işarə edərək, qeyd edib ki, sionist rejimin quruluşunun bildirişi regionda böhranların başlanğıcıdır və Livanın tarixi buna şahiddir.
Nəsrullah həmçinin bildirib: “Livanın işğalçılarla qarşıdurmaya başlaması ilk növbədə İsrailin qələbəsinin qarşısını almaq üçün milli məqsədəuyğundur. Ölkəmiz güclü mövqedədir və təşəbbüs onun əlindədir, öz şərtlərini tətbiq edə bilər”.
Seyid Həsən Nəsrullah sionist rejimin təhdidlərinə münasibət bildirərək deyib: “Bu rejimin müharibə naziri Livanın cənubunda əməliyyatlarını davam etdirəcəklərini iddia edib. Biz bunu alqışlayırıq və biz də cənubda əməliyyatlarımızı davam etdirəcəyik. Əgər sionist rejim Livanın cənubuna qarşı təhdidlərini həyata keçirərsə, bilməlidir ki, işğal olunmuş Fələstin torpaqlarının şimalından qaçqın düşmüş yüz min nəfər mühacir heç vaxt bu ərazilərə qayıtmayacaq”.
Nəsrullah deyib: “İsrail şərt qoyma gücündə deyil, şərtləri qoyan müqavimətdir”.