Fev 14, 2024 21:02 Asia/Baku
  • HƏMAS Nasir xəstəxanasında insan fəlakətindən xəbər verdi

Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS bəyanat yayaraq Xan Yunusda yerləşən Naser xəstəxanasında sığınacaq tapmış köçkünlərin, tibb işçilərinin və yaralıların fəlakətlə üzləşdiyi barədə xəbərdarlıq edib.

Bu bəyanatda bildirib ki, işğalçı cinayətkar rejim ordusunun hazırda mühasirəyə aldığı bu xəstəxanaya heç bir xidmətin çatdırılmasına icazə verilmir. Xəstəxanada olanlar dərman, yemək kimi həyati əhəmiyyət kəsb edən məhrumdurlar.

Hərəkatın bəyanatında bildirilir ki, xəstəxananın ətrafını sarmış snayperlər birbaşa insanları hədəfə alır və indiyədək bir neçə vətəndaş şəhid olub.

HƏMAS öz müraciətində Birləşmiş Millətlər Təşkilatından və bütün aidiyyəti tərəflərdən işğalçı ordunun bu xəstəxanaya soxulmasının qarşısını almasını, tibb işçilərinə və köçkünlərə qarşı dəhşətli qətl və cinayətə yol verilməməsi üçün təcili tədbirlər görmələrini

 

Teqlər