Fev 28, 2024 20:10 Asia/Baku
  • HƏMAS rəhbəri:

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə bildirib ki, HƏMAS sionist rejimlə danışıqlarda çeviklik nümayiş etdirəcək, lakin eyni zamanda döyüşləri davam etdirməyə hazırdır.

İsmayıl Həniyyə çərşənbə günü televiziya ilə çıxışında deyib: "İsrail və ABŞ Qəzzə zolağında meydanda əldə edə bilmədiklərini siyasi sövdələşmələrlə əldə etməyəcəklər".

"Danışıqlarda göstərdiyimiz istənilən çeviklik xalqımızın qanını qorumaq və onlara qarşı amansız soyqırım müharibəsində böyük ağrılarına son qoymaq üçündür, amma onunla paralel olaraq, xalqımızı müdafiə etməyə hazırıq", - deyə HƏMAS rəhbəri qeyd edib. 

Həniyyə, həmçinin Qüds və İordan çayının qərb sahilindəki fələstinliləri Ramazan ayının ilk günü namaz qılmaq üçün Əl-Əqsa məscidinə getməyə çağırıb.

Teqlər