Mart 04, 2024 11:47 Asia/Baku
  • Qərbin qanundan və insan hüquqlarından dəm vurmağa haqqı yoxdur

Fələstin xalqı öz ərazisinin sahibidir. Ərazisi işğal olunub və səksən ilə yaxındır ki, qətli-am edilir. Bu sözləri Suriya prezidenti söyləyib.

Rusiya jurnalistlər birliyinin sədri Vladimir Solovyova eksklüziv müsahibə verən Bəşşar Əsəd Qəzzə hadisələrinə işarə ilə deyib: Qəbul edilmiş etik və qanuni prinsiplərə görə, ərazinizə  hücum etmiş düşmən qarşısında özünüzü müdafiə etmək üçün hərbi qüvvədən istifadə, sizin haqqınızdır. Fələstin xalqı öz ərazisinin sahibidir. Ərazisi işğal olunub və səksən ilə yaxındır ki, qətli-am edilir.

Əsəd əlavə edib: Biz Qəzzə barədə təkbaşına danışa bilmərik. Zira, Qəzzə Fələstin məsələsinin bir hissəsidir. İsrail, qəsbkar və təcavüzkar bir rejimdir və fələstinliləri,/ yalnız özlərini müdafiə etdiklərinə görə, öldürür.

Suriya prezidenti vurğulayıb: Biz oktyabrın yeddisndə baş verənlər barədə/ 1930-cu ildə və o zamandan bu günədək baş verənlər haqda danışmadan söhbət edə bilmərik, çünki bu hadisələrin hamısı bir-birinə bağlıdır.

Əsəd qeyd edib: Ərəblər hal-hazırda yaxşı şəraitdə deyillər. Qərbin İsrailin xeyrinə göstərdiyi təzyiq, ərəblərin qərarlarına təsir edib.

Qərb yalnız özünün güclü olmasını istəyir. Böyük Pyotrun dövründən bəri rusların güclü olmaq icazələri yox idi- deyə, Suriya prezidenti bildirib.

Rusiya hökuməti terrorizmə qarşı müharibədə ölkəsinin kənarında durub- deyən Bəşşar Əsəd vurğulayıb: Qərbin, xüsusən Birləşmiş Ştatların nöqteyi-nəzərincə,  digər ölkələrin prezidentləri icra müdirləridirlər və ixtiyar sahibi deyillər.

Qərblilər Rusiyanı ortaq kimi qəbul etmirlər. Onlar ümumiyyətlə ortaqlığı qəbul edən deyillər- deyə, Suriya prezidenti bildirib.

Bəşşar Əsəd Ukrayna olaylarına da toxunub: Zelenski ümumiyyətlə, bir təlxəkdir. Bu, onun prezidentlikdən öncəki rolu olub və komediya sahəsində prezidentlikdən daha müvəffəq olubdur.

Ukrayna prezidenti Vladimir Zelenskinin ona qarşı sanksiyalarına reaksiyada, Suriya prezidenti istehzalı tonda deyibdir ki, “bu sanksiyalar onda əsəb pozğunluğuna bais olubdur”.

  Qərb ilə əlaqə, müvəqqəti bir əlaqədir. Əgər Qərbə hər nə istəyirsə, versəniz, sizdən istifadə edib, sizə dəstək verəcək. Amma onun üçün olan rolunuz bitən zaman, sizi zibil qutusuna tullayacaq- deyə, Suriya prezidenti vurğulayıb.

 

 

Teqlər