HƏMAS-ın yüksək vəzifəli rəsmisi: ABŞ və sionist rejim müvəqqəti atəşkəs axtarırlar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i409132-hƏmas_ın_yüksək_vəzifəli_rəsmisi_abŞ_və_sionist_rejim_müvəqqəti_atəşkəs_axtarırlar
Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın liderlərindən olan Üsamə Həmdan ABŞ və sionist rejimin Qəzzədə müvəqqəti atəşkəs razılaşması axtardıqlarını bəyan edərək, vurğulayıb ki, müqavimət məğlub olmayacaq və İsrail rejiminin dövrü sona çatıb.
(last modified 2024-03-07T09:57:04+00:00 )
Mart 07, 2024 13:55 Asia/Baku
  • HƏMAS-ın yüksək vəzifəli rəsmisi: ABŞ və sionist rejim müvəqqəti atəşkəs axtarırlar

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın liderlərindən olan Üsamə Həmdan ABŞ və sionist rejimin Qəzzədə müvəqqəti atəşkəs razılaşması axtardıqlarını bəyan edərək, vurğulayıb ki, müqavimət məğlub olmayacaq və İsrail rejiminin dövrü sona çatıb.

Həmdan çərşənbə gecəsi Livanın Əl-Məyadin xəbər şəbəkəsinə verdiyi müsahibədə deyib: "Məqsədinə çatmayan hər hansı danışıqların davam etməyəcəyinə şübhə yoxdur  və sionistlər Qəzzədə humanitar böhranı gücləndirmək istəyirlər.

O, Parisdə ilk təklifin təqdim edildiyi ilk gündən sövdələşməyə bir maneənin olduğunu və bununla real şəkildə qarşılaşdıqlarını vurğulayıb və əlavə edib: "İlk gündən aydın idi ki, amerikalıların və sionistlərın bütün istəyi müvəqqəti atəşkəsdir, onlar müharibəni həmişəlik dayandırmaqdan imtina etdilər".

HƏMAS-ın yüksək rütbəli üzvü ABŞ-ın sionist rejim cinayətlərini ört-basdır etməkdə ittiham edilməsindən narahat olduğunu vurğulayaraq, deyib: "Amerikalılar və sionistlər əslində manevr edirlər və vaxt qazanmağa çalışırlar".

Həmdan, HƏMAS-ın mövqeyinin avvəldən bəlli olduğunu və tələblərindən aşağı heç nə qəbul etməyəcəyini söyləyib.