İraq müqaviməti: Atəşkəs əldə olunana qədər sionistlərə qarşı hücumlar davam edəcək
İraqın İslami Müqaviməti bəyanat yayaraq, bildirib ki, sionist rejim Qəzzədə atəşkəsin yaradılmasına razılıq verənə qədə bu rejimin mövqelərinə hücumlar davam edəcək.
İraq İslami Müqavimətinin bəyanatında deyilir: "İşğal olunmuş Fələstin ərazilərində sionist hədəflərə qarşı əməliyyatlarımız işğalçılar Qəzzədə atəşkəs rejiminə əməl edənə qədər davam edəcək".
Bəyanatın davamında bildirilib ki, işğalçı İsrail qüvvələri fələstinlilərə qarşı cinayətlər törətməyə davam edəcəyi təqdirdə İslami müqavimətin qəhrəman döyüşçüləri ilahi dəstəyə arxalanaraq, hücumlarını davam etdirməyə tam hazırdırlar.
İraq İslami Müqavimət bəyanatının sonunda deyib: "Biz İraqı Amerikanın işğalından azad etmək və sionist işğalçılara qarşı müqəddəs mübarizədə fələstinliləri dəstəkləmək kimi iki məqsədə nail olmaqda qərarlıyıq".
Bu elə bir haldadır ki, İraqın İslami Müqaviməti çərşənbə günü bir bəyanatda, işğal olunmuş ərazilərin şimalındakı "Kiryat Şmona" şəhərinin hava limanını hədəfə aldığını bildirib.
İslami Müqavimət, həmçinin işğal altındakı Fələstinin Hayfa şəhəri hava limanının elektrik stansiyasını pilotsuz təyyarələrlə hədəfə alaraq, şəhəri qaranlığa qərq edib.
Sionist rejimin Qəzzəyə qarşı soyqırım müharibəsi başlayandan bəri, İraqın İslami Müqaviməti də daxil olmaqla regionun müqavimət qrupları Qəzzədə qan tökülməsinə son qoymaq üçün rejimə təzyiq göstərmək məqsədilə ABŞ və İsrailin maraqlarını hədəfə almağa davam edir.
İraqın İslami Müqaviməti Fələstin müqavimətini dəstəkləmək və ABŞ-ın sionist rejimin Qəzzədə törətdiyi cinayətlərə hərtərəfli dəstəklərini qınamaq üçün İraq və Suriyadakı ABŞ hərbi bazalarını, həmçinin işğal olunmuş ərazilərdəki sionist hədəfləri dəfələrlə raket və PUA-larla hədəfə alıb.