Mart 07, 2024 20:58 Asia/Baku
  • HƏMAS Qahirə danışıqları ilə bağlı rəsmi bəyanat yayıb

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS bir bəyanat yayaraq, bildirib ki, HƏMAS nümayəndə heyəti hərəkatın rəhbərləri ilə məsləhətləşmələr aparmaq üçün Qahirəni tərk edib, amma müzakirələr davam edir.

Fələstin İslami Müqavimət Hərəkatı Həmas bu gün Qahirədə dolayısı ilə aparılan atəşkəs danışıqları ilə bağlı rəsmi bəyanat yayıb.

Hərəkatın bəyanatında deyilir: "HƏMAS heyəti bu gün (cümə axşamı) hərəkatın rəhbərliyi ilə məsləhətləşmələr aparmaq üçün Qahirəni tərk edib, eyni zamanda sionist rejimin Qəzzəyə təcavüzünün dayandırılması, məcburi köçkünlərin geri qaytarılması və xalqımıza yardımın çatdırılması üçün danışıqlar və səylər davam edir".

Bundan əvvəl "Əl-Cəzirə" kanalı bəzi məlumatlı mənbələrə istinadən Qahirədə atəşkəs danışıqlarının sionist rejimin təxribatı səbəbindən nəticəsiz başa çatdığını bildirmişdi.

Teqlər