Qəzzə Fələstin iftixarı görüntüsünü sərgiləyir
Həmas-ın siyasi bürosunun sədri bir televiziya çıxışında deyib: Fələstin üçün azadlıq və iftixar görüntüsünü sərgiləyən Qəzzəyə eşq olsun!
Qəzzə əhalisinə xitab eddən İsmayıl Həniyyə bildirib: Ey Qəzzənin müqavimətli əhalisi, bu döyüş altıncı aya daxil olub və bu əsatir xarakterli müqavimət Fələstin dağları kimi başıuca dayanıb. Biz bu aylar ərzində eyni vaxtda iki cəbhədə vuruşduq.
Birinci cəbhə, bu diyarın hər yerində və müharibənin bütün istiqamətlərində xalqı müdafiə edən və istiqamətləndirən/ başda/ şəhid Qəssam batalyonları durmaqla,/ müqavimət qruplarıdır.
Müxtəlif səviyyələrdə cərəyan edən ikinci cəbhə, siyasi cəbhədir. Burada/ cərəyan etməkdə olan bu cinayətkar müharibəyə son qoymaq üzrə müzakirələrə təkid etmək istəyirəm.
Biz bu danışıqlar yolunun elə əvvəlindən, müharibənin hərtərəfli şəkildə dayandırılmasına şamil olacaq razılaşmaya çatmaq üçün bir çərçivə təyin etməyə çalışdıq.
İkinci məsələ budur ki, biz bu müqavimətin xalqımız üçün həqiqi naliyyətlərə çevrilməsini istəyirik.
Üçüncü məsələ isə budur ki, yolu/ Qəzzəni hədəfləyən bütün şübhəli planların üzünə bağlayaq. Elan etdiyimiz prinsiplər/ Qəzzədəki müharibənin tam şəkildə dayandırılması,/ işğalçı sionist rejim ordusunun Qəzzə zolağının bütün ərazilərindən tam şəkildə çıxması,/ didərginlərin tam və qeyd-şərtsiz formada öz yaşayış məkanlarına qayıtmaları,/ həmçinin blokadaya son qoyulması,/ yenidənqurma və yardımçatdırma kimi humanitar məsələlərin həllidir./ Sonra gələn beşinci prinsip,/ əsasında/ əsirlər mübadiləsinin həyata keçiriləcəyi/ parlaq sövdələşməyə çatmaqdır.
İsmayıl Həniyyə əlavə edib: Sionist işğalçılar gec-tez, mühakimə olunacaqlar. Oktyabrın yeddisi,/ Fələstin məsələsində bir dönüş nöqtəsi/ və sionist işğalçı ilə döyüşdə/ strategiyanın dəyişdirilməsidir./ Bu döyüş/ regional və beynəlxalq səviyyələrdə mühüm və dərin dəyişikliyi göstərirdi.
Həniyyə söyləyib: Sionist düşmən razılaşmanın əldə olunmamasında məsuliyyət daşıyır və biz/ barəsində prinsiplər təyin etdiyimiz bir razılaşmaya nail olmağa hazırıq.
O, deyib: Əgər təcavüzlərin durdurulması və didərginlərin qayıdışı barədə aydın bir mövqe əldə edəriksə, məhbuslar məsələsində elastiklik göstərəcəyik.