HƏMAS Məscidül-Əqsanın mühasirəsini yarmaq üçün çağırış etdi
Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) sionist rejimin Əl-Əqsa məscidi ətrafında təhlükəsizlik tədbirləri adı altında fələstinlilərin bu müqəddəs məkana girməsinə mane olaraq yaratdığı blokadanı aşmaq üçün çağırış edib.
Şəhab xəbər agentliyinin məlumatına görə, HƏMAS-ın Əl-Əqsa məscidi ətrafında yaradılmış blokada ilə bağlı yaydığı bəyanatda deyilir:
“Biz İordan vadisindəki Fələstin xalqından işğalçı rejimin məkirli tədbrini pozmaq və sui-qəsdlərin qarşısını almaq üçün Məscidül-Əqsaya gəlmələrini istəyirik”
HƏMAS daha sonra əlavə edib:
“İordan çayının qərb sahili xalqından Əl-Əqsa məscidinə və Qəzza zolağında mübariz Fələstin xalqına dəstək olaraq işğalçı rejimə qarşı çıxmalarını isətyirik.
Bu hərəkat Beyt Ləhmdə yerləşən Ən-Nəfəq məntəqəsində bugünkü anti-sionist əməliyyatını alqışlayaraq Fələstinlilərin işğalçı rejimə qarşı mübarizəsini daha da gücləndirməyə çağırıb.