Apr 10, 2024 14:24 Asia/Baku
  • Məscidül-Əqsada 60 min fələstinlinin iştirakı ilə Fitr bayramı namazı qılınıb

Sionist rejimin sərt qadağa tədbirlərinə baxmayaraq, çərşənbə günü səhər 60 mindən çox fələstinlinin iştirakı ilə Əl-Əqsa məscidində Fitr bayramı namazı qılınıb.

İşğal olunmuş Qüdsdəki Köhnə Şəhər də səhərin ilk saatlardan fələstinli namazqılanlarla dolu olub. 

Qüds İslami Vəqfləri İdarəsindən verilən məlumata görə, sionist hərbçilərin qadağaları səbəbindən Məscidül-Əqsanın səhnlərinə buraxılmayan bir sıra Fələstin vətəndaşları bu müqəddəs məscidin ətrafındakı küçələrdə Fitr bayramı namazını qılıblar.

Sionist hərbçilər müqəddəs Ramazan ayı boyunca fələstinlilərin Əl-Əqsa məscidinə girişinin qarşısını almaq üçün sərt qadağa tədbirləri və ciddi məhdudiyyətlər tətbiq ediblər və cümə günlərində İordan çayının qərb sahili sakinlərindən yalnız 55 yaşdan yuxarı kişi və 50 yaşdan yuxarı qadınların Qüdsə daxil olmasına icazə verilib. 

Bu ilki Fitr bayramı İsrailin Qəzzə zolağına təcavüzünün davam etməsi və İordan çayının qərb sahilində işğalçılığın şiddətlənməsi və bu ərazinin sakinlərinə hücumlar səbəbindən xüsusi bir şəraitdə qeyd olunur. 

Teqlər