Apr 10, 2024 16:35 Asia/Baku
  • İraq İslam Müqaviməti Hayfa neft limanına PUA hücumu edib

İraqın İslami Müqaviməti işğal altındakı Fələstinin Hayfa neft limanına pilotsuz təyyarə ilə hücum edib.

İraqın İslami Müqaviməti bir bəyanat yayaraq, çərşənbə günü səhər saatlarında işğal altındakı Fələstinin Hayfa neft limanına iki ədəd pilotsuz uçuş aparatı ilə hücum etdiyini açıqlayıb. 

Bəyanatda deyilir: " İraq İslami Müqavimətinin döyüşçüləri Qəzzə xalqına dəstək və sionist rejimin cinayətlərinə cavab olaraq, işğal altındakı Fələstinin Hayfa neft limanını 2 pilotsuz uçuş aparatı ilə hədəfə aldılar".

Bu qrup bundan əvvəl də keçmiş əməliyyatlarda xəbərdarlıq etmişdi ki, sionist rejim Qəzzə zolağına hücumlarını davam etdirərsə, bu rejimin mövqelərinə qarşı əməliyyatlarını gücləndirəcək.

Bu qrup işğal olunmuş ərazilərdə əməliyyatlarını həyata keçirdikdən sonra həmişə Qəzzə xalqına dəstəyini və müqəddəs Ramazan ayında sionistlərə qarşı hücumlarınə gücləndirdiyini vurğulayıb.

Digər bir xəbərə əsasən, Fələstinin Mücahidlər Briqadası çərşənbə axşamı gecə Qəzzənin qərbində bir İsrail döyüş təyyarəsini raketlə hədəfə aldığını açıqlayıb.

Əl-Qəssam batalyonları da Netzarim oxundakı sionist rejimin komanda qərargahı və mühəndis qüvvələrini 11 minaatanla vurduqlarını elan ediblər.

Fələstin müqavimət qüvvələri Qəzzənin Əl-Şücaiyyə bölgəsində sionist qüvvələrlə toqquşmalara  işarə edərək, işğalçı rejim ordusunun mövqelərinin atəşə tutulduğunu bildiriblər.

Teqlər