Apr 18, 2024 12:20 Asia/Baku
  • ABŞ-ın Yeni Yaxın Şərq planı puç oldu

Nəim Qasim: Müqavimət düşmənlə mübarizədə bütün məqsədlərinə çatıb

Hizbullah baş katibinin müavini düşmənin müqavmət tərəfindən üçüncü dəfə uğursuzluğa düçar olduğunu və Amerikanın "Yeni Yaxın Şərq" layihəsini aradan qaldırdığını vurğulayıb.

Şeyx Nəim Qasim deyib: “İşğalçı sionist rejimin yolu amansızlıq və qəddarlıqdır və bu rejimin süqutu qaçılmazdır. Amma Fələstinin yolu cihad, şəhadət və səbirdir və qələbəsi yaxındır”.

Onun sözlərinə görə, İsrail təkəbbürlü dünyanın dəstəyi olmadan yaşaya bilməz.

Nəim Qasim düşmən ABŞ, İsrail və onların bölgədəki müttəfiqlərinin bütün layihələrinin iflasa uğradığını xatırladaraq qeyd edib: Amerikanın planlaşdırdığı “Yeni Yaxın Şərq” layihəsi ilk dəfə 2006-cı ilin iyulunda Hizbullah və sionist rejim arasında müharibədə uğursuzluğa düçar oldu. İkinci dəfə isə Suriyaya qarşı qlobal müharibədə və bu dəfə Qəzzədə.

 

Teqlər