Təl-Əviv Qəzzədə atəşkəs üzrə vasitəçiliyə qarşıdır
Sionist rejim Türkiyə və Rusiyanın Qəzzədə atəşkəs üzrə vasitəçiliyinə qarşı çıxıb.
Həmas hərəkatının siyasi bürosunun sədri İsmayıl Həniyyə dünən gecə bir mesajda yazıb: Sionist rejim Türkiyə və Rusiyanın Qəzzədə atəşkəs üzrə vasitəçiliyinə qarşıdır.
İnformasiya mənbələri son zamanlar bildiriblər ki, Həmas-la sionist rejim arasında atəşkəslə bağlı müzakirələr dalana dirənib və razılaşma istiqamətində bütün tərəflər vasitəsilə irəli sürülən təkliflər nəticə verməyib.
Məlumatlı mənbələr yüz minə yaxın şəhid, yaralı və itkin törətmiş Qəzzəyə qarşı qanlı müharibədən 193 gündən çox bir müddət keçəndən sonra Həmas-ın sionist rejimlə müzakirələrdə yeni bir dönüş etdiyini bildiriblər.
Bu mənbələr bəyan ediblər ki: Təl-Əviv/ Qətər, Misir və hətta Amerikanın vasitəçilikləri ilə keçirilən müzakirələrdən Qəzzədə başqa qırğınlar törətmək məqsədilə vaxtı tələf etmək üzrə bir bəhanə kimi bəhrələnəcək. Həmas da Təl-Əvivin ssenarisinə əsasən, bildiribdir ki, əgər qarşı tərəf masa üzərindəki müzakirə şərtlərinin qəbul edilməsində təsirli və real addım atmazsa, öz heyətini müzakirələrdən geri çağıracaq.
Sözügedən mənbələr bildiriblər ki, nəticəsiz müzakirələrin davam etməsi, işğal olunmuş ərazilər daxilində istintaq və mühakimə edilmək qorxusundan müharibəni uzatmaq istəyən sionist rejimin baş naziri Benyamin Netanyahunun xeyrinədir. Lakin bu məsələ Həmas tərəfindən qəbulediləsi deyildir.