Apr 21, 2024 13:23 Asia/Baku
  • İraq İslam Müqaviməti işğal olunmuş Cövlandakı hədəflərə dağıdıcı hücum edib

İraq İslam Müqaviməti bu gün səhər saatlarında bir neçə PUA ilə işğal olunmuş Cövlandakı mühüm hədəflərə hücum edib.

İraq İslam Müqavimətinin bəyanatında deyilir: İraqdakı İslam Müqaviməti döyüşçüləri müqavimətin işğalçılıq qarşısındakı yanaşmasının davamında Qəzzə əhalisinə dəstək və qəsbkar sionist rejimin fələstinli mülkilərə, o sıradan uşaqlar, qadınlar və yaşlılara qarşı qətli-amlarına cavab olaraq, bu gün səhər işğal olunmuş Cövlandakı həyati bir hədəfi bir neçə PUA ilə hədəfə alıblar.

Bəyanatda düşmən hərbçilərinin yerləşdikləri və toplaşdıqları məkanı hədəfə almaq və darmadağın etmək istiqamətində bu hücumların davam etməsinə təkid olunub.