Sionist qəsəbə sakinləri bir daha Təl-Əvivdə aksiya keçiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i410569-sionist_qəsəbə_sakinləri_bir_daha_təl_Əvivdə_aksiya_keçiriblər
Bir daha Təl-Əvivdə küçələrə çıxan sionist qəsəbə sakinləri Qəzzədə əsirlərin Həmas-la mübadilə olunmasını tələb ediblər.
(last modified 2024-04-21T06:14:56+00:00 )
Apr 21, 2024 10:10 Asia/Baku
  • Sionist qəsəbə sakinləri bir daha Təl-Əvivdə aksiya keçiriblər

Bir daha Təl-Əvivdə küçələrə çıxan sionist qəsəbə sakinləri Qəzzədə əsirlərin Həmas-la mübadilə olunmasını tələb ediblər.

Aksiyaçılar həmçinin Netanyahunun kənarlaşdırılması və növbədənkənar seçkilərin keçirilməsini istəyiblər.

Deyilənlərə görə, dünən işğal olunmuş Fələstinin əlli beş nöqtəsində aksiya keçirilib. Aksiyaçılar seçkilərin keçirilməsi zamanının təyin olunmasını tələb ediblər.

Belə bir halda, sionist rejimin keçmiş baş naziri, müxalifət lideri Yair Lapid dünən axşam bir daha Netanyahu hökumətini tənqid edib: Bu dəhşətli ekstremist nazirlər kabineti üçün heç bir alternativ yoxdur, çünki bu, İsrailin başına gələn bir fəlakətdir.

Lapid dəfələrlə, xüsusən Netanyahuya qarşı çıxanlar və aksiyaçılar qarşısında etdiyi çıxışlarında Təl-Əvivin ekstremist baş nazirinin istefa verməsi və onun hökumətinin buraxılmasını tələb edib.

Qəzzə zolağına qarşı müharibənin davam etməsi və sionist rejimin bu müharibədəki hədəflərinin həyata keçməməsi fonunda işğal olunmuş ərazilər daim etiraz aksiyalarının şahidi olub. Etirazçılar atəşkəs və əsirlərin geri qaytarılmalarını tələb edirlər.