Apr 23, 2024 11:40 Asia/Baku

Minlərlə etirazçı dünən gecə bir daha Təl-Əvivdə Benyamin Netanyahuya və onun hökumətinə qarşı aksiya keçirib.

Sionist rejimin on ikinci telekanalı bildiribdir ki, sionist qəsəbə sakinləri Netanyahunun yaşadığı məkanın qarşısında od qalayıb və aksiya keçiriblər.

Etirazçılar əsirlərin dərhal azad edilmələri və müqavimətlə/ əsirlər mübadiləsi üzrə razılaşmanın imzalanmasını istəyiblər.

Təl-Əvivdə Netanyahuya qarşı aksiyaların davam etməsinin fonunda/ informasiya mənbələri son zamanlar bildiriblər ki, Həmas ilə sionist rejim arasında atəşkəslə bağlı gedən müzakirələr dalana dirənib və razılaşma istiqamətində bütün tərəflər vasitəsilə irəli sürülən bütün təkliflər nəticəsiz qalıbdır.