Sionist rejim ordusunda kənarlaşdırmalar başlanıb
Sionist rejim ordusunun 8200-cü bölməsinin komandiri kənarlaşdırılma növbəsində.
İşğalçı rejim mediaları bu rejimin hərbi və təhlükəsizlik başçılarının kənarlaşdırılmaları dalğası barədə xəbərdarlıq ediblər. Bildiriblər ki, ordu daxilində bəzi zabitlərə qarşı təzyiqlər şiddətlənibdir.
Sionist rejimin on ikinci telekanalının hərbi məsələlər üzrə analitiki bu rejimin hərbi və təhlükəsizlik başçılarının istefa dalğasının başlanması barədə xəbərdarlıq edib.
Sionist rejim ordusunun hərbi informasiya idarəsi rəisinin istefasına toxunan Nair Dafuri deyibdir ki, yeddi oktyabr hadisələrinin məsuliyyəti həm siyasi, həm də hərbi səviyyənin üzərinə düşür.
Dafuri əlavə edib: İsrail ordusu öhdəlik verdiyi məsələnin əvəzini ödəyir və yeddi oktyabr hadisələrinin məsuliyyətini qəbul edir.
Sionist rejim ordusunun daxilində bəzi zabitlərə qarşı təzyiqlərin şiddətlənməsi başlanıb. Belə görünür ki, istefalar növbəsində duran növbəti şəxs, 8200-cü bölmənin komandiridir.