Hizbullah sionistlərin Livanın cənubuna hücumlarına raketlə cavab verdi
Livanın müqavimət hərəkatı Hizbullah Fələstinin şimalında İsrailin işğal etdiyi ərazilərə yeni raket hücumu həyata keçirdiyini bildirib.
Livan İslami Müqavimət Hərəkatı Hizbullah sionistlərin Livanın cənubundakı yaşayış məntəqələrinə hücumlarına cavab olaraq, sionist rejimin işğal olunmuş Fələstinin şimalındakı mövqelərinə raket hücumlarının videosunu yayıb.
Videoda Hizbullahın Şomera və Mergliut yaşayış məntəqələrində, eləcə də Əyn Zetim bazasında İsrail ordusunun mövqelərinə raket zərbələri endirdiyi görünür.
Bu hücum İsrailin Livanın Marun Ər-Rəəs, Yaroun şəhərlərinə və ölkənin cənubundakı Houla şəhəri ətrafına hücumlarına cavab olaraq, həyata keçirilib.
Ötən bir neçə ayda sionist rejimin dəhşətli cinayətlərinin ardınca Livan Müqavimət Hərəkatı onların Fələstinin şimalındakı hərbi və casus obyektlərini hədəfə alıb. Bu məsələ bu bölgələrdə yaşayan sionist mühacirlərin dəhşətinə səbəb olub və indiyə qədər on minlərlə sionist mühacir Livan müqavimətinin hücumlarının qorxusundan Livan sərhədləri yaxınlığındakı yaşayış məntəqələrini tərk edib.