May 08, 2024 15:29 Asia/Baku
  • HƏMAS bəyanat yaydı

Rəfəhə hücum işğalçıların razılaşmanı pozmaq niyyətini göstərir

HƏMAS bəyanat yayaraq sionist rejim ordusunun Qəzzə zolağının cənubunda Rəfəh şəhərinin şərqinə hücumunu pisləyib və bunu işğalçı rejimin iki tərəf arasında mümkün atəşkəs razılaşmasını pozmaq niyyətinin ifadəsi kimi qiymətləndirib.

HƏMAS-ın bəyanatında bildirilir: “İşğalçı ordunun Misirlə sərhəd-keçid məntəqəsi olan Rəfəhə hücumu beynəlxalq hüquqla qorunan mülki mərkəzə qarşı gərginliyin təhlükəli şəkildə artırılmasıdır və bu hərəkətdə məqsəd Qəzzə zolağında bu keçidi bağlamaq və fövqəladə yardımın keçməsinin qarşısını almaqla bölgədəki humanitar böhranı daha da gücləndirməkdir”.

Bəyanatın davamında qeyd olunur ki, Amerika hökuməti və beynəlxalq ictimaiyyət Rəfəhdə və bütün Qəzzə zolağında yüz minlərlə məcburi köçkün dinc sakinin həyatını təhdid edən gərginliyin artmasını dayandırmaq üçün işğalçı rejimə təzyiq göstərməlidir.

 

Teqlər