Nəsrullah: İşğalçılara qarşı sərt müharibədə sizə güvənirik
https://azeri.sahartv.ir/news/qərbi_asia-i411376-nəsrullah_İşğalçılara_qarşı_sərt_müharibədə_sizə_güvənirik
Livan Hizbullahının lideri Seyid Həsən Nəsrullah dünən Ayətullah Rəisi və yoldaşlarının şəhadəti ilə bağlı İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullahül-üzma Xameneiyə başsağlığı verib.
(last modified 2024-05-21T08:08:15+00:00 )
May 21, 2024 12:06 Asia/Baku
  • Nəsrullah: İşğalçılara qarşı sərt müharibədə sizə güvənirik

Livan Hizbullahının lideri Seyid Həsən Nəsrullah dünən Ayətullah Rəisi və yoldaşlarının şəhadəti ilə bağlı İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullahül-üzma Xameneiyə başsağlığı verib.

Seyid Həsən Nəsrullah İslam İnqilabının Rəhbərinə müraciətində belə bir həssas mərhələdə bu görkəmli şəxslərin itkisinə görə onunla həmdərdlik etdiyini bildirib.

Hizbullah lideri vurğulayıb: “Bizim və bütün məzlumların, müqavimət qüvvələrinin və mücahidlərin ümidi Zati-alilərinin varlığı və müdrik rəhbərliyinizdir”.

İslam İnqilabı Rəhbərinin müstəmləkəçi və işğalçı ölkələrə qarşı sərt müharibədə İslam ümmətinə rəhbərlik vəzifələrini öhdəsinə aldığını vurğulayan Hizbullah Hərəkatının baş katibi bildirib: “Hüseyn Əmir Abdullahiyan bütün beynəlxalq dairələrdə müqavimətin müdafiə bayrağının daşıyıcısı idi”.