İyun 09, 2024 10:18 Asia/Baku
  • Nüseyrat düşərgəsinə hava zərbələri nəticəsində şəhid olanların sayı 210-a çatıb

Sionist rejim ordusunun Qəzzə zolağının mərkəzindəki Nüseyrat qaçqın düşərgəsinə vəhşicəsinə hücumu zamanı ən azı 210 mülki şəxs şəhid olub, daha 400 qəzzəli isə yaralanıb.

Qeyd olunur ki, Əqsa xəstəxanasına əksəriyyəti uşaq və qadınlar olmaqla çox sayda ölü və yaralı gətirilib.

Baş verən yeni cinayətlə əlaqədar Fələstin rəhbərliyinin rəsmi nümayəndəsi Nabil Əbu Rüdeynə qeyd edib ki, Fələstin xalqının soyqırımı çərçivəsində Fələstin xalqına qarşı hər gün törədilən qanlı qətllər silsiləsi, sonuncusu Nüseyrat düşərgəsində törədilən qətliam davam edir.

O vurğulayıb ki, Amerika hökuməti sionist rejimin törətdiyi bütün qətllərə görə tam məsuliyyət daşıyır.

Bu arada HƏ*M@S hərəkatı yaydığı bəyanatında sionist rejim ordusunun Nüsəyrat düşərgəsində törətdiyi dəhşətli cinayəti pisləyib.

Bəyanatında bildirilir: “Düşmənin terrorçu ordusu Nüsəyrat qaçqın düşərgəsində dinc əhaliyə qarşı dəhşətli qətliam törədib və cinayət Qəzzə zolağının digər mərkəzi rayonlarına da yayılıb.”

Bəyanatda bildirilir: “Ərəb və İslam xalqlarını və dünyanın azad insanlarını işğalçı rejimə daha çox təzyiq göstərməyə, Qəzzədə təcavüz və soyqırımı pisləmək üçün kampaniyanı gücləndirməyə çağırırıq”.