Liberman: Qəzzədə biz tam alçaldılmışıq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i411839-liberman_qəzzədə_biz_tam_alçaldılmışıq
“Evimiz İsraildir” partiyasının lideri, işğalçı rejimin keçmiş hərb naziri Aviqdor Liberman Netanyahunun rəhbərlik etdiyi hərb kabinetini tənqid atəşinə tutub.
(last modified 2026-02-16T11:18:11+00:00 )
İyun 09, 2024 06:50 Asia/Baku
  • Liberman: Qəzzədə biz tam alçaldılmışıq

“Evimiz İsraildir” partiyasının lideri, işğalçı rejimin keçmiş hərb naziri Aviqdor Liberman Netanyahunun rəhbərlik etdiyi hərb kabinetini tənqid atəşinə tutub.

Liberman İsrailin bölgənin şimalını itirdiyini və istədiyini edən Hizbullaha təslim olmağa davam etdiyini vurğulayaraq deyib: “Səkkiz aylıq müharibədən sonra tam qələbə əvəzinə tam rüsvay olduq”.

Onun sözlərinə görə, səkkiz aylıq müharibədən sonra İsrail nəinki HƏMAS-ı məhv edə bilməyib, hətta Qəzzə zolağından israilli əsirləri geri qaytara bilməyib.

İsrail rejiminin Knessetindəki müxalifət partiyasının lideri Yair Lapid də bəyanatında qeyd edib ki, Benyamin Netanyahunun azğın kabineti bu rejimdə çətin siyasi vəziyyətə son qoymaq iqtidarında deyil.