İyun 09, 2024 12:22 Asia/Baku
  • Sionislərin Nuseyrat düşərgəsinə qarşı cinayətində 600-dən çox şəhid və yaralı var

Sionist işğalçıların Qəzzənin mərkəzindəki Nuseyrat düşərgəsində törətdiyi dəhşətli cinayət nəticəsində 600 fələstinli şəhid olub və ya yaralanıb.

Fələstin mənbələri sionist Nuseyrat düşərgəsinə hücumunda yüzlərlə fələstinlinin şəhid olması və ya yaralanmasından xəbər veriblər. Fələstin mənbələri bildiriblər ki, sionistlər insanlarla dolu bir bazarı bombalayıblar. 

Qəzzədəki Fələstin İnformasiya Mərkəzi bildirib ki, şənbə günü İsrail qüvvələrinin Qəzzə zolağının mərkəzindəki Nuseyrat düşərgəsində törətdiyi vəhşi cənayətin qurbanlarının sayı 210 şəhid və 400 yaralıya çatıb.

Fələstin Özünü İdarə Təşkilatının rəsmi sözçüsü Əbu Rudeynə deyib: “Xalqımıza qarşı hər gün həyata keçirilən və ən sonuncusu Nuseyrat düşərgəsində baş verən qanlı qırğınlar silsiləsi Fələstin xalqının məruz qaldığı soyqırım müharibəsinin davamıdır”.

O əlavə edib: “Amerika administrasiyası İsrailin işğalçı hakimiyyət orqanları tərəfindən törədilən qətliamlara görə tam məsuliyyət daşıyır və biz müharibənin dayandırmasını tələb edirik. Bu müharibənin davam etməsi hər şeyi məhv edəcək və vəziyyəti heç kəs üçün təhlükəsizlik və sülhün əldə olunmayacağı təhlükəli mərhələyə doğru aparacaq”.

Fələstin Özünü İsarə Təşkilatının sözçüsü, həmçinin BMT Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaiyyəti bu qanlı qırğınların dayandırılması üçün dərhal müdaxilə etməyə və işğalçı sionist rejimi beynəlxalq qanunları pozan bütün bu cinayətləri dərhal dayandırmağa məcbur etməyə çağırıb.

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə də deyib: “Sionist düşmən xalqımıza qarşı qırğınları davam etdirir. Hazırda Nuseyrat və Deyr Əl-Bələhdə olduğu kimi fələstinlilərə qarşı cinayət davam edir”.

Həniyyə əlavə edib: "Bütün dünya sionist rejimi uşaqların qatilləri siyahısına daxil edib, lakin bu rejimin Qəzzədə həyata keçirdiyi soyqırımı dayandırmaq iqtidarında deyil. Fələstin xalqı heç vaxt təslim olmayacaq və müqavimət cinayətkar rejim qarşısında bu xalqın hüquqlarını müdafiə etməyə davam edəcək.

O, vurğulayıb ki, əgər sionist düşmən öz seçim və tələblərini zorla Fələstin xalqına qəbul etdirə biləcəyinə inanırsa, tamamilə illüziyaya qapılıb”.