Hizbullahın sionistlərə hücumları davam edir
Livan müqaviməti Hayfa limanında Türkiyəyə aid ticarət gəmisini vurub
İşğal olumuş Fələstinin Hayfa limanında bir ticarət gəmisi Livan müqaviməti tərəfindən vurulub.
Yəmən ordusunun Bab əl-Məndəb boğazından keçən İsraillə əlaqəli gəmiləri vurması ilə paralel olaraq indi də İraq İslami Müqaviməti və Livan müqaviməti Aralıq Dənizindən İsrail limanınlarına gedən gəmiləri vurmağa başlayıb.
Daxil olan məlumata əsasən, Livan müqaviməti Hayfa limanında Türkiyəyə aid ticarət gəmisini vurub.
Livan müqaviməti həmçinin İsrailin şimalında 30-40 km içəridə hücumları intensivləşib və hücumlar digər limanlara, strateji bazalara doğru genişlənməkdədir.
Digər bir məlumata əsasən, Livan müqaviməti İsrailə məxsus "Hermes 900" pilotsuz təyyarəsini vurduğunu açıqlayıb.
İsrail Ordusu Radiosu pilotsuz təyyarənin vurulması ilə bağlı xəbərləri təsdiqləyərək bildirib ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus vurulan bahalı PUA-nın dəyəri 10 milyon dollar təşkil edib və Livan müqaviməti üçüncü dəfədir ki, "Hermes 900" PUA-sını vurmağa nail olub.
Bundan əlavə Hizbullah yaydığı bəyanatda Nəhariyadakı 146-cı şərq diviziyasının qərargahını hədəfə aldığını və çoxlu sayda sionist əsgərinin öldüyünü və ya yaralandığını bildirib.
Hizbullah bu hücumu sionist rejimin Livanın cənubuna hücumlarına cavab, Fələstin xalqına və Qəzzə zolağında müqavimətə dəstək olaraq həyata keçirdiyini açıqlayıb.