Əl-Qəssam Batalyonları Rəfəhdə sionist hərbçilərə ölümcül zərbə endiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i411899-Əl_qəssam_batalyonları_rəfəhdə_sionist_hərbçilərə_ölümcül_zərbə_endiriblər
HƏMAS-ın hərbi qanadı olan Şəhid İzəddin Əl-Qəssam Batalyonları Rəfəhdə sionist əsgərlərin yerləşdiyi evi partlatdıqlarını və bir neçə əsgəri öldürdüklərini bildiriblər.
(last modified 2024-06-11T05:47:59+00:00 )
İyun 11, 2024 09:46 Asia/Baku
  • Əl-Qəssam Batalyonları Rəfəhdə sionist hərbçilərə ölümcül zərbə endiriblər

HƏMAS-ın hərbi qanadı olan Şəhid İzəddin Əl-Qəssam Batalyonları Rəfəhdə sionist əsgərlərin yerləşdiyi evi partlatdıqlarını və bir neçə əsgəri öldürdüklərini bildiriblər.

İzzəddin Əl-Qəssam Batalyonlarının yaydığı bəyanatda bildirilib ki, bu batalyonun döyüşçüləri sionist əsgərlərin pusqu qurduğu Rəfəhdəki Şaburə düşərgəsində bombalanmış evi partladıblar, nəticədə bir neçə sionist əsgər ölüb və yaralanıb.

Əl-Qəssam açıqlayıb ki, bir qrup sionist əsgər bu evə daxil olan kimi döyüşçülər onu partladıblar.