Hizbullah İsrail rejiminin ordusuna göz dağı çəkdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i411909-hizbullah_İsrail_rejiminin_ordusuna_göz_dağı_çəkdi
Livan Hizbullah Hərəkatı son aylarda ilk dəfə olaraq geniş hücumlara başlayaraq 100 raketlə işğalçı İsrail rejiminin ordusu mövqelərini xüsusilə Tiberiya ərazisini zərbələr endirib.
(last modified 2024-06-12T06:56:42+00:00 )
İyun 12, 2024 10:55 Asia/Baku
  • Hizbullah İsrail rejiminin ordusuna göz dağı çəkdi

Livan Hizbullah Hərəkatı son aylarda ilk dəfə olaraq geniş hücumlara başlayaraq 100 raketlə işğalçı İsrail rejiminin ordusu mövqelərini xüsusilə Tiberiya ərazisini zərbələr endirib.

Məlumata görə iHizbullahın Tiberiya ərzisində geniş miqyaslı hərbi əməliyyatlarından dərhal sonra bu ərazidə həyəcan sirenləri çalınıb.

Əl-Məyadin xəbər kanalı Hizbullahın buraxdığı raketlərinin işğal ərazilərdə sionist mövqelərini hədəfə aldığını elan edərək bu raket hücumunun raketlərin sayı və növü baxımından ən geniş raket hücumu olduğunu bildirib.

İsrail mediası da bu əməliyyat haqda yazıb ki, şimal bölgəsinin Əl-Cəlil ərazilərində həyəcan sirenlərinin səsi çalınmaqla yanaşı aramsız partlayış səsləri eşidilib.

Hizbullahın apardığı bu əməliyyatlarda rejimin “Rafael” silah zavodu da raketlərin hədəfinə tuş gəlib. 100-ə yaxın raketin hədəflərə çatmasından sonra sionist rejimin Safed şəhərinin bir çox bölgələrində elektrik enerjisinin kəsildiyi bildirilib.

Bundan əlavə Hizbullahın bu əməliyyatda sionist rejim ordusunun şimaldakı Miron strateji hava bazası və ətrafına çoxlu sayda raket zərbələri endirdiyi xəbərləri də yayılıb.