Livan Hizbullahı sionist rejimin mövqelərinə cavab zərbələri endirib
Xunta rejiminin onurğa sütunu hədəfə alınır
Livan Hizbullah Hərəkatı bu hərəkatın yüksək səviyyəli komandirlərindən birinin şəhid edilməsinin qisasını olmaq üçün sionist rejimin mövqelərinə artilleriya və raket zərbələri endirib.
Hizbullah bildirib ki, Hizbullah döyüşçüləri katyuşa raketləri ilə sionist düşmənin Xərbə Məardakı artilleriya qərargahına və bu rejim hərbçilərinin həmin qərargah ətrafında yerləşdiyi məkanlara zərbə endiriblər.
Həmçinin Hizbullah döyüşçüləri “Burkan” raketləri ilə Hədəb Yarin bazasını hədəfə alıb.
Bu arada qeyd olunur ki, Hizbullahın müdafiə zərbələri sionist ordusunun onurğasına zərbələr endirir.
Hava üstünlüyünü qorumaq üçün ən bahalı qırıcı və pilotsuz təyyarələrə sahib olan sionist rejim son günlər Livan səmasında apardığı kəşfiyyat əməliyyatları zamanı Hizbullahın hava hücumundan müdafiə qüvvələrindən ağrılı zərbələr alıb.
Təsnim Xəbər Agentliyinin məlumatına görə, Hizbullah Livanın cənub səmalarında İsrail qırıcılarına qarşı hava hücumundan müdafiəni işə salıb və müqavimət tarixində ilk dəfə olaraq Livan İslami Müqavimətinin yer-hava raketləri İsrail qırıcılarını atəşə tutub, onları işğal olunmuş ərazilərə qayıtmağa məcbur edib.
Beləliklə də sionist rejim ordusunun dayağı və onurğa sütunu sayılan Hərbi Hava Qüvvələrinin hədəfə alınması onu çıxılmaz vəziyyətə sala bilər.
BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə əsasən, İsrail Livanın hava məkanını pozmamalıdır, lakin bu rejim təhlükəsizlik zərurəti adlandırdığı bəhanə ilə Livanın suverenliyini pozmaqda davam edir.