İyun 15, 2024 11:16 Asia/Baku
  • İsrail rejimi Qəzzədə uşaq qırğınlarından yorulmur

Qəzzə zolağının məlumat mərkəzi son elanında bildirib ki, sionist rejimin bu anklavda etdiyi hərbi təcavüz nəticəsində 15 mindən çox uşaq şəhid olub.

Fələstinin “Səma” Xəbər Agentliyi Qəzzə anklavının informasiya mərkəzindən yaydığı məlumatda qeyd edilri ki, qanlı müharibə və soyqırımların davam etdiyi 252-ci günündə fələstinli uşaqların fəlakətli vəziyyəti ilə bağlı dəhşətli faktlar ortaya çıxır.

Bu hesabata görə, ötən il, oktyabrın 7-dən işğalçı xunta rejimin hücumları nəticəsində 15694 uşaq şəhid olub, 34 minə yaxın uşaq yaralanıb, 3600 uşaq dağıntılar altında hələd də itkin düşüb.

“Təxminən 1500 uşaq müxtəlif bədən üzvlərini itirib, onların bir çoxu gözlərini itirib və ya daimi əlilliyə məruz qalmışlar. Ən azı 200 uşaq işğalçılar tərəfindən oğurlanıb. 17 min uşaq yetim qalıb, onların bir çoxu hər iki valideynini itirmiş haldadır, 700 mindən çox uşaq isə öz evindən məcburi didərgin salınmış və qaçıqın şəraitində yaşayırlar”-Hesabatda bildirilir.

Bu ürək ağrıdıcı hesabatın davamında əlavə edilib ki, təxminən 650.000 fələstinli uşaq işğalçı rejimin onların yurd-yuvalarını dağıtdıqdan sonra didərgin halda yaşayır. İsrail rejiminin bu təcavüzləri nəticəsində 625 min uşaq təhsilini yarımçıq qoymağa məcbur olub. Qəzzada uşaqların 98%-i təhlükəsiz içməli su əldə edə bilmir və onlar gündə adi üç litrdən az su belə tapmaqda çətinlik çəkirlər.