İyun 15, 2024 16:15 Asia/Baku
  • İsrail rejimi Qəzzədə uşaq qırğınlarından yorulmur

Qəzzə zolağının məlumat mərkəzi son elanında bildirib ki, sionist rejimin bu anklavda etdiyi hərbi təcavüz nəticəsində onbeş mindən çox uşaq şəhid olub.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstinin “Səma” Xəbər Agentliyi Qəzzə anklavının informasiya mərkəzindən yaydığı məlumatda qeyd edilri ki, qanlı müharibə və soyqırımların davam etdiyi ikiyüz əllii kinci günündə fələstinli uşaqların fəlakətli vəziyyəti ilə bağlı dəhşətli faktlar ortaya çıxır.

Bu hesabata görə, ötən il, oktyabrın yeddisindən işğalçı xunta rejimin hücumları nəticəsində onbeş min altıyüzsoxsan dörd uşaq şəhid olub, otuzdörd minə yaxın uşaq yaralanıb, üç min altıyüz uşaq dağıntılar altında hələd də itkin düşüb.

“Təxminən min beşyüz uşaq müxtəlif bədən üzvlərini itirib, onların bir çoxu gözlərini itirib və ya daimi əlilliyə məruz qalmışlar. Ən azı ikiyüz uşaq işğalçılar tərəfindən oğurlanıb. onyeddi min uşaq yetim qalıb, onların bir çoxu hər iki valideynini itirmiş haldadır, yeddiyüz mindən çox uşaq isə öz evindən məcburi didərgin salınmış və qaçıqın şəraitində yaşayırlar”-Hesabatda bildirilir.

Bu ürək ağrıdıcı hesabatın davamında əlavə edilib ki, təxminən altıyüz əlli min fələstinli uşaq işğalçı rejimin onların yurd-yuvalarını dağıtdıqdan sonra didərgin halda yaşayır. İsrail rejiminin bu təcavüzləri nəticəsində altı yüz iyirmibeş min uşaq təhsilini yarımçıq qoymağa məcbur olub. Qəzzada uşaqların doxsansəkkiz %-i təhlükəsiz içməli su əldə edə bilmir və onlar gündə adi üç litrdən az su belə tapmaqda çətinlik çəkirlər.

 

Teqlər